Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

biyan

lat. glycyrrhiza

Paxlalılar fəsiləsindən çoxillik ot cinsi.

“Şirinbiyan” adı ilə də tanınır. Yarpağı tək lələkvari, çiçəyi bənövşəyiyə çalır. Azərbaycanda 5 növü var. Texniki və dərman bitkisidir. Kök və kökümsovlarından hazırlanan şərbət öskürək və zökəm zamanı olduqca faydalıdır.

Biologiya terminlərinin izahlı lüğəti