Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bohem

Özünə qapılan, cəmiyyətdən uzaq duran, bədii sənəti real həyatdan üstün tutan yaradıcı insan tipi.

B.-i səciyyələndirən əsas xüsusiyyətlər bunlardır: dünya malına qarşı ikrah hissi, içkiyə aludəlik, sənətə vurğunluq. Qərbdə geniş yayılmış belə insan tipləri zaman-zaman ədəbi əsərlərin də obrazına çevrilib. B. tipi M.Füzulinin yaradıcılığından oxucuya tanış olan Rind obrazına yaxındır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti