lat. bovidae
Cütdırnaqlılar dəstəsindən gövşəyən məməli heyvan fəsiləsi.
115 növü yayılmışdır. İçiboş buynuzları alın sümüyü çıxıntısı üzərindədir. Mədələri 4 şöbəlidir – işgənbə, qursaq, tor və qat-qat. Çeynənilib udulmuş qida təkrar ağıza qaytarılmaqla ikinci dəfə udulur. Azərbaycanda 5 əhliləşdirilmiş növü var. Öküz, qoyun, keçi, antilop B.-a aiddir.
See also:
Biologiya terminlərinin izahlı lüğəti