lat. glandulae suprarenales
Ali onurğalı heyvanların və insanın daxili sekresiya vəzisi.
Böyrəyin üstündə yerləşir. Bir cütdür. Qabıq və beyin maddəsi vardır. İnsanda B.V.-in beyin maddəsinin hazırladığı adrenalin qaraciyərdə ehtiyat halında saxlanılan şəkəri parçalayır. B.V.-in qabıq maddəsinin hazırladığı kortizon, hidrokortizon və adenokortikotrop hormonları zülal və yağ mübadiləsinə nəzarət edir.
See also:
Biologiya terminlərinin izahlı lüğəti