Reklam
Reklam

Tarix terminləri lüğəti

Böyük İpək yolu

Qədim dövrdə və orta əsrlərdə Şərqi Asiyanı Ön Asiya (Aralıq dənizi hövzəsi) ölkələri ilə birləşdirən karvan yolu.

Əsasən, Çin ipəyinin ixracı üçün istifadə edildiyinə görə bu yolu belə adlandırıblar. E.ə II əsrdə qədim Çinin Xan sülaləsi dönəmində salınmış B.İ.Y. Sian və Lançjou şəhərlərindən keçməklə Dunxuana uzanıb, burada iki yerə ayrılıb: şimal yolu Turfandan Pamir dağları vasitəsilə Fərqanəyə və Qazaxıstan çöllərinə, cənub yolu isə – Lobnor gölünün yaxınlığından Təklə-Məkan səhrasının cənub qurtaracağı ilə Yarkəndə və Pamir dağlarının cənub hissəsi ilə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə gedib çıxıb. B.İ.Y. termini ilk dəfə 1877-ci ildə alman coğrafiyaçısı Rihtqofen tərəfindən işlədilib.

Tarix terminləri lüğəti