Reklam
Reklam

Etimologiya lüğəti

boyun

Qılıncın tiyəsi ilə dəstəyin birləşdiyi yerə “boyun” deyiblər. Arabanın qolunun oxa birləşdiyi yerə indi də “boyun” deyirlər. Deməli, boyun kəlməsi “birləşmə, boğaz” anlamı ilə bağlıdır. Güman ki, insan və heyvanda da boyun (yəni boğaz) “başın bədənə birləşdiyi yer” deməkdir. Mənbələrdə boyun əvəzinə boğuzdaq kəlməsi də işlədilib. Qığırdaqa isə “boğurdaq” deyiblər. Görünür, boyun boğaz kökdaş sözlərdir, “boğuq yer” anlamını verir. İkinci və daha inandırıcı ehtimala görə, boyun burmaq feili ilə bağlı yaranıb, “o yana, bu yana burula bilən” demək­dir. Boy-lan-maq sözü göstərir ki, sözün kökü boy hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti