Ağdam, Bərdə, Qazax, Şəmkir, Şuşa
Araba ve ya kotana qoşulan cüt öküz, kəl. □ Üş boyun qoşmuşdux, gənə yoxuşu çıxa bilmirdix' (Ağdam); Yerə baxır, dayna, elə yer olur iki boyun qoşurux kotana, elə yer olur bir (Bərdə); Yer elə bətdi <bərk> ki, dört boyun ulax da kotanı çəkə bilmer (Şəmkir).
Kürdəmir
Bir cüt öküzlə bir gün ərzində şumlamaq mümkün olan torpaq sahəsi. □ Bi boyun yeri də bizə verməzdilər.
Azərbaycan dilinin dialektoloji lüğəti