Reklam
Reklam

Tarix terminləri lüğəti

britlər

lat. britto < kelt. brith – müxtəlif, rəngarəng

E.ə. VIII əsrdən eramızın V–VI əsrlərinədək Britaniyanın əsas əhalisi olan kelt tayfaları.

Adanın V–VI əsrlərdə anqlosakslar tərəfindən fəthi zamanı B.-in xeyli hissəsi məhv edilib, qalan hissəsi isə Uels və Şotlandiyaya, həmçinin indiki Bretan yarımadasına doğru sıxışdırılaraq assimilyasiyaya uğrayıb. B. ingilis xalqının təşəkkülündə müəyyən rol oynayıblar.

Tarix terminləri lüğəti