fr. brume – duman
Fransada 1793-cü il oktyabrın 5-dən 1806-cı il yanvarın 1-dək qüvvədə olan Respublika təqviminə görə, ilin 2-ci ayı.
B. oktyabrın 22–23-dən noyabrın 20–21-nə qədərki dövrə uyğun gəlir. Respublikanın səkkizinci ilinin 8 B. tarixində Napoleon dövlət çevrilişi edərək bütün hakimiyyəti əlinə aldığı üçün bu termin çox vaxt həmin hadisə anlamında işlənir.
Tarix terminləri lüğəti