Reklam
Reklam

Etimologiya lüğəti

buğa

Döllük kələdir. İki hörgüclü erkək dəvəyə “buğra” (buğur) deyilir. Ehtimal ki, buğa sözü buğra sözünün dəyişmiş formasıdır. Rus dilindəki бугай sözü də bu­ra­dandır. Zənn edirəm ki, böyürmək feilindən əmələ gəlib (el arasında “buğa kimi böyürür” cümləsi işlədilir). Ruslar бык sözünün mənşəyini мычать sözü ilə əla­qələndirirlər. Deməli, buğaböyürmək arasında qohumluğun olması inan­dı­rıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti