lat. triticum
Taxıllar fəsiləsindən bitki cinsi.
20-dən çox yabanı və mədəni növü var. Azərbaycanda 14 mədəni növü becərilir. Yarpaqları lentşəkilli, novçaşəkilli; meyvələri dən; çiçək qrupu mürəkkəb sünbüldür. Hər sünbülcüyündə 2-7 ədəd öz-özünə tozlanan çiçəklər var. Çiçək yanlıqları sadədir. Ən çox təsərrüfat əhəmiyyətliləri yazlıq və payızlıq B. sortlarıdır.
Biologiya terminlərinin izahlı lüğəti