Reklam
Reklam

Etimologiya lüğəti

buğum

Sümüklərin uclarının bir-birinə birləşdiyi yer, bənd, qamış kimi bitkilərdə dü­yün anlamında işlədilən bu söz qədim bo feilindən əmələ gəlib. Dilimizdə bo (boğmaq) və ya ba (bağlamaq) feilləri mövcud olub, onlardan da boğ feili, bağ is­mi törəyib (ehtimal ki, boba feilləri tarixən eyni söz olub). Boğmaq feili son­radan buğ formasına düşüb, buğ –um ismi də gey –im qəlibi üzrə həmin feildən əmələ gəlib. Bağ –anaq sözünün qəlibi göstərir ki, bo feilindən boğmaq yarandığı kimi, ba feilindən də bağmaq feili əmələ gəlmişdir. Onda düşünmək olar ki, boyun ismi boğ-un formasında olub və boğ feilindən törəyib (“bədənin boğuq yeri” mənasında). Boğaz (boğ –uz) ismi də bununla bağlı ola bilər. Farslar barmaqdakı buğumlara bəndçə deyirlər ki, bu da bağlama ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti