alm. Bundesrat – hərfi mənası: federal şura
1. Almaniya Federativ Respublikasının tərkibinə daxil olan ayrı-ayrı vilayətlərin (torpaqların) hökumət nümayəndələrindən təşkil edilmiş dövlət orqanı.
AFR Konstitusiyasına görə, B. federal səviyyədə vilayətlərin (torpaqların) nümayəndəliyi statusunu daşıyır. Lakin B.-ın bəzən “parlamentin yüksək palatası” adlandırılması düzgün deyil, çünki Almaniyada qanunvericilik prosesində iki ayrı-ayrı qurum iştirak edir: B. və seçkili orqan olan bundestaq (parlament). Almaniya parlamentinin (bundestaqın) bir palatası var.
2. 1871–1918-ci illərdə Almaniya parlamentinin yuxarı palatası, federasiyanın tərkibinə daxil olan alman dövlətlərinin imperiya şurası.
3. 1920–1934-cü illərdə Avstriya Respublikasında ayrı-ayrı vilayətlərin landtaqlarının nümayəndələrindən seçilmiş yüksək palata.
Tarix terminləri lüğəti