►Məyus olmaq, nəyəsə görə çox kədərlənmək, özünü küskün göstərmək.
İfadə tarixən musiqiçilər arasında yaranıb və əvvəllər «burnunu kvintaya sallamaq» şəklində mövcud olub.
İfaçılar skripkanın ən yüksək tona malik olan simini kvinta (latıncadan tərcümədə «beşinci» deməkdir) adlandırırdılar. İfa zamanı skripkaçı aləti, adətən, çənəsi ilə saxlayır və onun burnu, demək olar ki, az qala ən yaxın simə dəyirdi. Musiqiçinin görünüşünün qəmgin görünüşlü bir ağacı xatırlatmasından «burnunu kvintaya sallamaq» ifadəsi yaranmışdır, sonra bu ifadə qısaldılaraq «burnunu sallamaq», yəni «çox üzülmək, məyus olmaq» mənasını verməyə başlamışdır.
Dilimizdə lovğa, təkəbbürlü, ədabaz adamlar haqqında «burnunu dik tutmaq» ifadəsi də işlədilir.
Məsəllər, deyimlər