Reklam
Reklam

Etimologiya lüğəti

buynuz

Bu söz boynuz kimi də işlədilib. “Çıxıntı, şaxə” mənalarını əks etdirib. Tıs­bağa sözü münüz (buynuz) bağa kimi də qeydə alınıb. Burada buynuz “sümük” anlamındadır. Zənn edirəm ki, söz boyunmuz hissələrindən ibarət olub, “bo­yunun üstündəki sümük”, “çıxıntı” mənasını əks etdirib. Türkmən dilində buynuz yerinə, şax işlədilir, farscadır, şaxə sözü ilə kökdaşdır. Elə şaxə özü də çıxıntı anlamını verir. Başqa yozuma görə söz boyun” və uc (boyunun ucunda olan) kəlmələrinin birləşməsindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti