Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çağırış [çağırış] isim

1. Çağırma, səsləmə; çağırma səsi. □ Şahpəri altdan-üstdən geyinib Daşdəmirin çağırışına getdi. (B.Bayramov).
2. Bir rəhbər ideyanı, siyasi tələbi qısa şəkildə ifadə edən müraciət; şüar...Qızıl Arslanın çağırışına birinci növbədə mən səs verirəm. (M.S.Ordubadi).
3. Bir iş görmək, vəzifəsini yerinə yetirmək üçün tələb və ya xahişlə bir yerə gəlmə...oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı-çuxalı eyvana çıxdı. (İ.Şıxlı).
4. Bir yerə çağırılmaq haqqında qısa yazılı məlumat. □ Ağabala hələ indiyə qədər çağırış almamışdı. (Mir Cəlal).

See also:

jurnalistika: çağırış siqnalı jurnalistika: kütləvi iğtişaşlara çağırış jurnalistika: radiostansiyanın çağırışı jurnalistika: zorakılığa çağırış Azərbaycan dilinin izahlı lüğəti