Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çağlamaq [çağlamax] feil

1. Çağıltı ilə axmaq, şırıltı ilə köpüklənərək tökülmək. □ Şəlalə çağlayır.
2. Məcazi mənada: qaynamaq, coşmaq. □ Əlimdə narınc çağlaram; Gülab ilə tel yaşaram; Getsən gileylik başlaram. (Xalq mahnısı).
3. Obrazlı təşbehlərdə qaynamaq, coşmaq mənalarında işlənmişdir. □ Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır; Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah! (B.Vahabzadə).

Azərbaycan dilinin izahlı lüğəti