sanskr. – dairə, disk, təkər
1. Qədim Hindistanda yastı metal halqa formasında silah növü.
Halqanın diametri 120–300 mm, metal təbəqənin eni – 10–40 mm, qalınlığı 1–3,5 mm olub. Ç.-nı orta barmağa keçirərək fırladır və rəqibə tərəf atırdılar. Xarici səthində iti çıxıntıları olan Ç. 50 m-dək məsafədə qalxan və digər qoruyucu vasitələrdən istifadə etməyən düşmənə ciddi xəsarət yetirə bilib.
2. Hinduizmdə insan bədənindəki psixoenergetik mərkəzin adı.
Hinduizm təliminə görə, bədəndə bir neçə belə əsas mərkəz var və insanın bütün həyat enerjisinin axdığı kanallar orada kəsişir.
Tarix terminləri lüğəti