Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

çalğı1

Balakən, Basarkeçər, Cəbrayıl, Gədəbəy, Yardımlı, Goranboy, İmişli, Qazax, Oğuz, Şəki, Şuşa, Tovuz, Ucar

Bax: çalqi.  Ağacın o putaxlarınnan çalğı qayrerax (Gədəbəy); A qızım, çalğını gəti, eşiyi süpürax (Şəki); Bala, çalğıyı götü, malların altın süpür (Basarkeçər); Ə:, o çalğını gəti mə:, tavlanı süpürüm (Cəbrayıl).

çalğı2

Balakən, Sabirabad, Şəki, Zaqatala

Bax: çalqu2 Çalğıynan biçirıx otu, so:ra qotmana yığırıx (Şəki); Otu çalğıynan çalıllar (Balakən).

Azərbaycan dilinin dialektoloji lüğəti