Reklam
Reklam

Tarix terminləri lüğəti

camaat

ər. – ayrıca bir icma, icmalar ittifaqı

1. Bir yerin adamları, bir yerə toplanmış xalq kütləsi.

2. Qan qohumluğu əlaqələri əsasında təşəkkül tapmış sosial təsisat forması.

Əsasən, Dağıstan mənşəli xalqlar üçün xarakterik olan bu təsisat forması feodal münasibətlərinin təşəkkülü mərhələsində meydana gəlib. Dağıstan Rusiya tərəfindən ilhaq olunduqdan sonra C. ləğv edilib. Azərbaycanın şimal-qərb bölgəsində Car-Balakən camaatlığı mövcud olub.

3. İslamı birlikdə öyrənmək, dini ayinləri birgə icra etmək üçün toplaşmış dindarlar qrupu.

C., adətən, eyni məsciddə ibadət edir, onun rəhbəri imam adlanır.

Tarix terminləri lüğəti