1. Diri, sağ, yaşayan (ölü ziddi); qurumamış, solmamış, tər. □ Canlı orqanizm. Canlı hüceyrə. Canlı çiçəklər. Canlı ağac.
2. Məcazi mənada: əbədi, daimi, ölməz. □ Canlı obraz.
3. İnsanlar, heyvanlar və bitkilər aləminə mənsub olan; orqanik, üzvi. □ Canlı təbiət. Canlı materiya. Canlı aləm. Canlı qüvvələr.
4. İri, yekə, zorba, möhkəm, qüvvətli. □ Kabab qanlı, igid canlı. (Atalar sözü).
5. Məcazi mənada: fəal, qızğın, coşqun, işgüzar. □ Canlı söhbət başlandı. Məşğələ çox canlı keçdi.
6. Məcazi mənada: canlılıq, həyat, maraq ifadə edən; ifadəli. □ Canlı gözlər. Canlı baxış. Canlı sifət.
7. Məcazi mənada: güclü, parlaq. □ Canlı üslub. Canlı boyalar. Canlı təxəyyül.
8. Diribaş, hərəkətli, çevik, qıvraq. □ Canlı uşaq.
9. Televiziya və ya radio proqramının videoyazı ilə deyil, birbaşa verilməsi. □ Canlı efir, canlı veriliş.
10. İsim kimi: insanlara, heyvanlara və bitkilərə verilən ad. □ Bu kəndə getsən, ancaq arvad, uşaq və qoca kişilərdən başqa bir canlı görməzsən. (Ə.Haqverdiyev).
See also: