Reklam
Reklam

Tarix terminləri lüğəti

carçı

Keçmişdə həm Şərq, həm Avropa ölkələrinin iri yaşayış məntəqələrinin meydanları və ayrı-ayrı məhəllələrində əhalini mühüm hadisələrdən agah edən, hökmdarın fərman və qərarlarını çatdıran şəxs.

Səfəvilər dönəmində C. mülki və hərbi vəzifə olub. Divanda vəzirin rəhbərliyi altında çalışan C.-lar “divan C.-ları”, hərbi xidmətdə topçubaşının tabeliyində olanlar isə “topxana C.-ları” adlanıblar.

Tarix terminləri lüğəti