Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çarə [ça:rə] isim fars

1. Bir şeyin əldə edilməsinə, bir nəticəyə gəlməyə, çətin bir məsələnin həllinə mane olan əngəlləri aradan qaldırmaq üçün lazım olan çıxış yolu; tədbir, vasitə, əlac. □ Keçəl çarə bilsə, öz başına eylər. (Atalar sözü). Oldu ilə öldüyə çarə yoxdur. (Atalar sözü).
2. Əlac, kömək, yardım. □ Görünür dağdan duman; Nə haqq var, nə də divan; Xəstəyəm, çarəm yoxdu; Nə təbib var, nə güman. (Bayatı).

See also:

frazeologizm: başına çarə qılmaq frazeologizm: başının çarəsini qılmaq frazeologizm: çarəsi kəsilmək Azərbaycan dilinin izahlı lüğəti