ciconiiformes
Quşlar sinfinə aid olan dəstə.
Dəstənin digər adı leyləkkimilərdir. Əsl vağlar, məkikdimdiklilər, balinabaşlılar, leyləklər və ibislərdən ibarət 6 fəsiləsi var. Nümayəndələri görünüşcə müxtəlifdir, əksəriyyətinin dimdiyi, boynu və ayaqları uzundur. Qanadlari enli, quyruğu qısa və dəyirmidir. Yer kürəsinin hər yerində yayılmışdır. Azərbaycanda 14 növü var. Rütubətli yerlərdə yaşayır. Xırda heyvanlarla qidalanır. Faydalı quşlardır.
Biologiya terminlərinin izahlı lüğəti