1. Hərbi. Düşmənlə üz- üzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt; hər hansı bir yerdə çox geniş miqyasda aparılan hərbi əməliyyat; müharibə vaxtı ən iri qoşun birləşməsi, qoşun hissəsi. □ Cəbhə boyu hücuma keçmək. Cəbhə ləğv edilmişdir. Cəbhə komandanı. Cəbhə qərargahı.
2. Məcazi mənada: eyni vaxtda kütləvi surətdə, geniş miqyasda iş aparıla bilən yer, sahə. □ Bir cəbhənin adamları.
3. Məcazi mənada: hər hansı bir dövlət və ya siyasi fəaliyyət sahəsi. □ İdeoloji cəbhə.
4. Məcazi mənada: bir məqsəd, bir amal uğrunda çalışan adamların ən geniş birləşməsi. □ Sülh tərəfdarlarının vahid cəbhəsi. Xalq cəbhəsi.
5. Meteorologiya. Müxtəlif hava kütlələri arasında bölgü zonaları. □ Atmosfer cəbhəsi.
See also: