Cab... ilə başlanan adların əzizləmə və oxşama məzmunlu qısaltma formasıdır.
Sonradan müstəqil kişi adı kimi formalaşmışdır. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında -ç sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Ağaş, Alış, Ataş, Nənəş və s. Cəbiş adı da, ehtimal ki, bu yolla yaranmışdır. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmiş, məişətimizdə geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti