cəbr
Ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, “əziyyət” anlamında işlədilir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əziyyət verdiyinə görə) belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)