Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cəbri1 [cəbri] sifət

1. Zorla icra olunan, zorla edilən, məcburi, zorən. □ Hacıyevə nə üçünsə elə gəldi ki, bu gülüş cəbri bir gülüşdür. (Ə.Əbülhəsən).
2. İcbari, məcburiyyət altında. □ Beş gün keçdi, məhbuslar azad olundu və arx üstə cəbri iş ilə məşğul olanlar da öz işlərinə qayıtdılar. (B.Talıblı).

cəbri2 [cəbri] sifət

Riyaziyyat. Cəbrə aid olan. □ İrrasional cəbri tənlik. Sadə cəbri ədədlər.

Azərbaycan dilinin izahlı lüğəti