Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

cəfəri

petroselinum

İkiləpəlilər sinfi çətirçiçəklilər fəsiləsindən bitki cinsi.

Birilllik və ya ikiillik otlardır. Bir çox ölkələrdə becərilir. Azərbaycanda 2 növü – qıvrım və ya əkin cəfərisi becərilir. Yarpaqları üçər lələkvari bölümlüdür. Çiçəkləri ikicinsiyyətlidir. Toxumunda efir yağı var. Toxumu, yarpağı və otundan sidikqovucu və yelqovucu dərmanlar hazırlanır.

Biologiya terminlərinin izahlı lüğəti