Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

cəld kərtənkələ

lacertra agilis

Kərtənkələlər cinsinin bir növü.

Uzunluğu 108 mm-dir. Dünyada 9 yarımnövü var. Azərbaycanda olması mübahisəlidir. Rəngi çox dəyişkəndir. Cavan fərdlər üst tərəfdən qonurumtul-boz, yetkin fərdlərlə isə yaşıl, zeytunu olur. Quraq yerlərdə, uçurumlarda, meşə talalarında yaşayır. Cinsi yetkinliyə ikinci ilində çatır. 1-2 dəfə yumurta  qoyur.  Cücülərlə qidalanır.

Biologiya terminlərinin izahlı lüğəti