Cam... hecası ilə başlanan adların əzizləmə və oxşama məzmunlu qısaldılmış formasıdır.
Bəzi mənbələrədə Cəmo kişi adı fars mənşəli hökmdar, padşah, məlik sözlərini ifadə edən, əfsanəvi qədim İran padşahı Cəmşidin adı ilə (cəm sözü ilə) də əlaqələndirilir. Bu gün məişətimizdə artıq unudulmaqda olan şəxs adları sırasındadır. Azərbaycanda yaşlı nəslin nümayəndələri arasında Cəmo adını daşıyanlara hələ də rast gəlmək olar. Azərbaycanda XIX əsrin sonu, XX əsrin əvvəllərində geniş yayılmış kişi adlarından olmuşdur. Adın daşıyıcıları arasında ictimai xadim Cəmo Hacınski (1888-1942) ADR-in Birinci kabinetində Dövlət Nəzarəti naziri işləmişdir. 1938-ci ildə kommunist rejimi tərəfindən həbs edilmişdir. 1942-ci ildə Vyatka həbsxanasında vəfat etmişdir. Adın daha bir daşıyıcısı pedaqoq, ictimai xadim Cəmo Cəbrayılbəylinin (1887-1965) adını qeyd etmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğəti