Reklam
Reklam

Məsəllər, deyimlər

CƏMŞİDİN CAMI

►Bütün canlıları, cisim, əşya və hadisələri göstərən piyalə.

İfadə İran şahı Cəmşidin adı ilə bağlı rəvayətdən yaranmışdır.

Rəvayətə görə, əfsanəvi İran şahı Cəmşidin dünyada baş vermiş vә baş vermәkdә olan bütün һadisәlәri özündә əks etdirәn, insanı maraqlandıran bütün һәyativacib mәsәlәlәrin izaһını, һәllini göstәrәn bir camı – piyalәsi olub.

Cәmşid şah şәrab içmәyi çox xoşlayarmış. Hətta şәrabı Cәmşidin icad etdiyi də iddia olunur. Klassik poeziyada adı şairlәr, şәrab vә camla birlikdә yad edilәn, seirlərdә şadlıq vә kefcillik rәmzi kimi tərənnüm olunan Cәmşid ismi həm də әzәmәt, uzunömürlülük vә müdriklik bildirir.

Cәmşidin һәyat vә fәaliyyәti һaqqında Firdovsinin «Şaһnamә»sindә də әtraflı mәlumat verilir. Burada hətta Novruz bayramının әsasını da onun qoyduğu deyilir. O, İranda hökm sürәn Pişdadiyan sülalәsinin (e.ə. 750) dördüncü vә әn böyük padşaһı sayılır. Guya ona divlәr qulluq edәrmiş. Rәvayәtә görә, Cəmşid 700 il (başqa bir rәvayәtә görә isə 1000 il) şaһlıq edib və bu müddәt әrzindә ölkәdә rifah vә dinclik hökm sürüb.

Prof. M.Adilov bildirir ki, bəzi mənbələrdə onun əsl adı «Cәm» kimi göstərilir ki, bu da «günәş padşah», «böyük padşah» mәnasına gәlir. Adın ikinci «şid/şit» hissәsi sonradan әlavә olunub ki, bu da yenə «günәş», «işıq» mәnasındadır.

Məsəllər, deyimlər