Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çəngəl [çəngəl] isim fars

1. Yeyilən şeyin parçalarını götürmək üçün bir neçə uzun dişi olan alət.Qubernator çəngəlin ucu ilə xörəyi yoxlayaraq soruşdu. (M.S.Ordubadi).
2. Şey asmaq üçün qarmaq, asılqan, asqı; kəsilmiş heyvanların cəmdəyini və iri ət parçalarını asmaq üçün iri qarmaq; qənarə.Çəngəldən asılan şaqqalar süni yarpaqlarla bəzənmişdi. (Y.V.Çəmənzəminli).
3. Şey qaldırmaq üçün ucu yuxarı əyilmiş mil; qarmaq.Qaldırıcı kranın çəngəli.
4. Texnika. Haça şəklində olan müxtəlif şeylərin, alətlərin adı.Ştepsel çəngəli.
5. Şahmat oyununda bir fiqurun eyni zamanda iki və ya bir neçə fiquru təhlükə altına aldığı vəziyyət.Piyadanın iki düşmən daşına birdən hücum etməsi çəngəl adlanır.
6. Hərb. Atılan mərmilərdən birinin hədəfdən uzağa, o birinin isə yaxına düşməsi nəticəsində doğan vəziyyət.Hədəfi çəngələ almaq.
7. Məcazi mənada: inkişafa, tərəqqiyə, sərbəstliyə mane olan, onlara imkan verməyən şey haqqında; çəng.Millətin yüz minlərlə oğul və qızlarını ehtiyac, zülm və elmsizlik çəngəlindən qurtarmadan milli oyanma mümkün deyildi. (M.İbrahimov).

Azərbaycan dilinin izahlı lüğəti