Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

cənnət quşları

paradisaeidae

Sərçəkimilər dəstəsindən quş fəsiləsi.

Dimdiyi qüvvətli,  bəzən də uzundur. Quyruğu qısa, düz, yaxud uzun pilləlidir. Rəngi tünd, metal parıltılıdır. Erkəkləri adətən dişilərdən əlvandır. 40 növü var. Meşə quşlarıdır. Oturaq həyat keçirirlər. Ağacda yuvalayır; 2 yumurta qoyur. Toxum, giləmeyvə, xırda meyvə, cücü, qurbağa və kərtənkələ ilə qidalanır.

Biologiya terminlərinin izahlı lüğəti