Bu sözün əsli çəhar və su kəlmələrindən ibarətdir. Çahar farsca “dörd”, su isə ərəbcə “tərəf” deməkdir. Dörd tərəfi bağlı yerdə alış-satış gedib və bazar adlanıb. Çərçi də “bazarçı” deməkdir, çəharsu kəlməsi dəyişərək çərçi formasına düşüb. Qədim alman sözü olan və rus dilində də işlədilən рынок sözünün mənası “dairə”, “meydan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti