Reklam
Reklam

Tarix terminləri lüğəti

çərəkə

Keçmişdə Yaxın Şərqin bəzi ölkələrində, həmçinin Azərbaycanda mollaxana şagirdlərinin əlifba kitabı kimi istifadə etdikləri kiçik dərslik.

Ç. Quranın “əmmə” cüzinin (son otuzuncu hissəsinin) surələrindən tərtib olunub. Hələ heç bir hərfi tanımayan uşaqlara mollaxanada Ç. üzrə sxolastik “höccələmə” üsulu ilə ərəbcə kiçik mətnlər öyrədilib. C.-ni bitirdikdən sonra uşaqlar mollaxanada Quranı oxumağa başlayıblar.

Tarix terminləri lüğəti