Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda qeyri-nizami döyüşçü dəstəsi.
Müharibə zamanı ayrı-ayrı vilayətlərdən yerli feodalın başçılığı ilə ordunun köməyinə göndərilən Ç.-lər, adətən, hərbi məşq keçməmiş könüllülərdən təşkil olunub. Səfəvilər dövlətinin yarandığı ilk dövrlərdə belə dəstələr dövlətin hərbi qüvvələrinin əsasını təşkil edib. Ç.-lərin “köməkçi qoşun”, “könüllü ləşkər”, “başıpozuqlar” kimi başqa adları da olub. Müharibə bitdikdən sonra Ç. dəstələrinin döyüşçüləri öz evlərinə qayıdıblar.
Tarix terminləri lüğəti