Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çeşni [çeşməli] sifət

1. Şəkil, forma. □ Papaqların bəzisi uzun qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. (Y.V.Çəmənzəminli).
2. Naxış. □ ..evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi. (Y.V.Çəmənzəminli).
3. Əndazə, nümunə, trafaret. □ Xalının rəngi, çeşnisi, nəqşi tərifə layiq idi. (Ə.Vəliyev).
4. Layihə. □ ..Yemək evinin çeşnisini Mimrəyə tapşırmalı. (Y.V.Çəmənzəminli).
5. Məcazi mənada: tərz, üsul. □ Axırkı sözləri Cəfər bir elə çeşni ilə dedi ki, xoşum gəldi. (E.Sultanov).

Azərbaycan dilinin izahlı lüğəti