Reklam
Reklam

Biologiya terminlərinin izahlı lüğəti

ceyran

gazella subgutturosa

Antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan.

Bədəninin uzunluğu 95-115 sm, çəkisi 18-33 kq olub, çox yaraşıqlıdır. Səhra və yarımsəhralarda yaşayır. Yovşan və müxtəlif ot bitkiləri yeyir, susuzluğa dözümlüdür. Çox cəlddir və sürətlə qaçır. 1-2 bala doğur. Azərbaycanda Şirvan dövlət qoruğunda və korçay yasaqlığında qorunur.

Biologiya terminlərinin izahlı lüğəti