Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

cəzb [cəzb] isim ərəb

1. Cəzb etmək – özünə tərəf çəkmək. □ Aslanın zirəkliyi, hazırcavablığı... müəllimin diqqətini bir ahənruba kimi özünə cəzb edirdi... (S.Rəhimov).
2. Məcazi mənada: cəzb etmək – özünü istətmək, heyran etmək, məftun etmək. □ Gülaranın alma kimi qızarmış yanağı... ilk baxışdan Musanı cəzb etmişdi. (Ə.Vəliyev).

Azərbaycan dilinin izahlı lüğəti