ər. – süngü, mizraq
Sivri ucu, tutmaq üçün dəstəyi olan qədim silah növü.
Daş və sümük ucluqlu C.-lar Üst Paleolit dövründə yaradılıb. C., əsasən, ox məlum olmayan tayfalar (məs.: Avstraliya aborigenləri) üçün xarakterik döyüş və ov silahı olub. Dəmir C.-dan Qədim Yunanıstan və Qədim Romada istifadə edilməyə başlanıb. Orta əsrlərdə o həm Avropada, həm də Şərqdə geniş yayılıb. Azərbaycanda arxeoloji qazıntılar zamanı müxtəlif dövrlərə aid xeyli sayda C. tapılıb.
Tarix terminləri lüğəti