Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

cığcığa1

Bakı

Cığ <dəniz otu>. □ Cığcığa dərməkçün anam cığcığalığa gedmişdi.

cığcığa2

Culfa, Gəncə, Şərur

Bəzək şeyləri.  Cığcığanı dövlətdi boynuna asardı (Şərur); Xalamın gəlininin saçına da cığcığa vurmuşdular (Gəncə); A bala, get bir başdıx cığcığa al gəti (Gəncə).

cığcığa3

Oğuz

Qozdan hazırlanmış uşaq oyuncağı. □ Çağır bu uşağı, cığcığasını ver, oynasın.

Azərbaycan dilinin dialektoloji lüğəti