Reklam
Reklam

Etimologiya lüğəti

cik

Aşıq-aşıq oyununda sümüyün (aşığın) çökək tərəfinə alçı deyirlər. Cik sözü onun təhrif olunmuş formasıdır. Bik isə aşığın əks tərəfinin adıdır. Alçının əksi olan tərəfə “toğan” (və ya toxa) da deyiblər. Cikinə-bikinə bələdəm ifadəsi bu­nunla bağlıdır. “Filankəsin cikinə və bikinə bələdəm” deyirik (yəni bütün əməl­lərini bilirəm). Oyunda aşığı cik və ya bik böyürü üstündə atmaq məharət tələb edir, bu sirri başqalarından gizli saxlayırlar. Cikinə -bikinə bələd olmaq “qarşı tərəfin bütün sirlərini bilmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti