Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çılpaq [çılpax] sifət

1. Əynində heç bir paltar olmayan, bədəni heç bir şeylə örtülməmiş; paltar geyməmiş; soyunmuş, lüt-üryan; açıq olan, geyimlə örtülməmiş.Çılpaq uşaq. Çılpaq bədən.
2. Zərf kimi: əynində heç bir şey olmadığı halda; lüt, paltarsız.Çılpaq yatmaq.
3. Yəhərsiz, palansız, çulsuz.Səməndər çılpaq atın belinə atıldı, alt tərəfdən sürdü, Nərgizə yanaşdı. (B.Bayramov).
4. Məcazi mənada: bitkisiz.Çılpaq səhra.
5. Yarpağı olmayan, yarpağı tökülmüş; yarpaqsız.Çılpaq kol.
6. Məcazi mənada: yoxsul, paltarsız, üst-başı tökülmüş.Zeynəb qaldı ac, çılpaq və sahibsiz. (C.Məmmədquluzadə).
7. Məcazi mənada: əlavəsiz, artırmasız, necə var elə.Qaçay müqəddiməsiz başladı və bir növ sualları çılpaq verdi. (Ə.Vəliyev).

Azərbaycan dilinin izahlı lüğəti