Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çin1 [çin] isim

Taxıl, ot və s. biçmək üçün qısadəstəli, dişli, yarımdairəvi kənd təsərrüfatı aləti; dişli oraq.Çinlə ot biçmək.

çin2 [çin] isim

Dəfə, kərə... Məni dünya tanıyır. Sözü bir çin söyləyərəm. (C.Cabbarlı)

çin3 [çin] isim

1. Təbəqə, qat, lay.

2. Qalaq, yığın.Dədə, mən də ocağın gözünə odun gətirmişəm – deyə üstəlik olaraq Həzi də çindən odun gətirir. (S.Rəhimov)
3. Sıra.Ləməyə iki çin əlvan zərli çini kasa və boşqab düzülərdi. (H.Sarabski)

çin4 [çin] zərf 

Düz, doğru, düzgün.Səlimnaz arvad yuxusunun çin çıxdığını görüb hönkürdü. (M.Hüseyn)

çin5 [çin] isim rus   

Rütbə, vəzifə, xidmət dərəcəsi, poqon. □ .. Əvvələn, oğlun həştad min tümən pul verib, bir yaranallıq çini aldı. (Ə.Haqverdiyev)

See also:

frazeologizm: yuxusu çin çıxmaq Azərbaycan dilinin izahlı lüğəti