Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

cinas

Şeirin omonim, omoform, omoqraf sözlərdən ibarət qafiyəsi.

Aşıq ədəbiyyatının əsas şeir şəkillərindən biri olan təcnisdə bütün qafiyələr cinas sözlərdən ibarət olur. Bayatılarda da qafiyələnən sözlər əksər hallarda cinas olur. Cinas qafiyələr şeirin səslənməsinə melodiya qatır, şeirdə ahəngdarlığı artırır; məsələn:

Deyər Aşıq Alı yara bağlıya,

Yaxşı təbib gərək yara bağlıya,

Bir yar meylin qeyri yara bağlıya,

Həftə tamam olsa, aya qalmasın. (Aşıq Alı)

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti