Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ÇİNGİZ türk-monqol mənş.

çingiz-tenqiz-tanqiz sözləri eyniköklü sözlər olub dəniz anlamındadır.

Lakin bir məsələni qeyd etmək lazımdır ki, araşdırmalarda sözün mənşəyi və mənası haqqında müxtəlif mübahisəli məsələlər mövcuddur və günümüzdə də bu mübahisələrə son qoyulmamışdır. Tengiz (bax: ad – TENGİZ) şəxs adına hələ oğuznamələrdə rast gəlinir. Çingiz kişi adı Azərbaycan antroponimikasında titullardan yaranmış şəxs adları sırasındadır. Məlum olduğu kimi, Çingiz xan orta əsrlərdə qüdrətli tatar-monqol imperiyasının banisi olmuşdur. Əsl adı Timuçin olan imperator 1026-cı ildə Çingiz xan rəsmi titulu ilə təltif edilmişdir. Bu titulun adı bütün mənbələrdə, hətta türk-monqol imperiyasının tarixini tədqiq edən monqol alimlərinin tədqiqatlarında da “xanlar xanı, ulu xaqan, böyük xaqan, qüdrətli xan” kimi tərcümə edilsə də, etimologiyası haqqında hələ də dəqiq məlumat yoxdur. Bir sıra tədqiqatçılar Azərbaycanda da bu fikrə birmənalı yanaşmırlar. Belə ki, Çingiz antroponiminin Çingiz¬- Tenqiz¬Tənqiz¬Tengiz kimi formalaşdığını əsaslandıranlar titulun əsasında Tengiz – “dəniz” sözünün dayandığını ehtimal edirlər. Qeyd etmək lazımdır ki, ömrü at belində, düzəngahlarda keçən monqollar üçün dəniz qüdrət təcəssümü olmuşdur. Çünki dənizin keçilməsi çox çətin olduğundan, bəzən döyüşdən qələbə ilə qayıdan qüvvətli orduların dənizdə fırtınalar qarşısında aciz qalması, hətta dalğaların insanların həyatını belə ala bilməsi ona dəhşətli, dəf edilməsi mümkün olmayan bir qüvvə kimi baxmağa, hətta ona baş əyməyə də səbəb olmuşdu. Bu, monqolların öz sərkərdələrini “Dəniz xan” titulu ilə təltif etmələri üçün əsas ola bilərdi. Çingiz adının türklərin “teniz”, dilimizdə “dəniz” mənasında olması ilə razılaşan alimlərin sayının kifayət qədər olması belə deməyə əsas verir ki, Çingiz “dəniz” deməkdir. Bəziləri adın mənası ilə əlaqədar belə fikirdədirlər ki, Çingiz türk dilində olan “teniz” və yaxud “tengiz” sözündən olub, okean, dəniz mənasındadır, bəziləri isə monqolca amansız anlamını ifadə edən çinkis sözündən olduğu barədə fikirlər irəli sürürlər. Bəzi tədqiqatlarda monqol dilində böyük, nəhəng, güclü, qüvvətli, yorulmaz, dönməz mənasını ifadə edən “çink” sözünün cəmi və çin dilində olan “tien-tsze”, yəni göylər, səmalar oğlu mənasında olduğu barədə də fikirlər mövcuddur. Bircə o dəqiqdir ki, Çingiz antroponimi qüdrətli çin-monqol imperiyasının başçısı Cingizin adı ilə əlaqədardır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti