cicadinea
Cücülər sinfi, bərabərqanadlılar dəstəsində yarımdəstə.
Bədənin uzunluğu 2-6 mm, bığları üçbuğumlu, ağız aparatı sorucu, dal ayaqları tullanandır. Azərbaycanda 250-dən çox növü yayılmışdır. İldə 1-2 nəsil verir. Cırcıramalar bitki ilə qidalanırlar. Təbii otlaqlarda daha çox olur. Bəzi növləri kənd təsərrüfatı bitkilərinə, ağaclara zərər vurur. Bitkilərdə virus xəstəliklərinin keçiricisidir. Zərərli C.-a qarşı aqrotexniki və kimyəvi mübarizə aparılır.
Biologiya terminlərinin izahlı lüğəti