Reklam
Reklam

Etimologiya lüğəti

ciyər

Ərəb mənşəlidir. Bizdə onu bağır sözü ilə ifadə ediblər. Bağır həm də “ürək” mənasında işlədilib (“bağrıma basdım” deyirik), üçüncü mənası indiki içalat (внутренность) anlamına uyğun olub. Qərb dialektlərində içalat əvəzinə, bağır-övkə işlədilir. Övkə həm də “qəzəb, hirs” mənasını verir (tarixən ağ ciyər məna­sını əks etdirib). Orqanizmdə üç bağır var: ağ, qara və göy (dalaq). Bağırsaq sözü də bununla bağlı ola bilər: Monqol dilində bağır sözünün mənası “yumşaq” deməkdir. Doğrudan da, bağır öz yumşaqlığı ilə seçilir. Rus dilində печень “bi­şirmək” anlamı ilə bağlıdır. Ağ ciyər (легкие) yüngüllüyünə görədir. Dalaq (селезенка) maye anlayışı ilə əlaqədardır (bizdə ona “sulaq” da deyilib). Azər­bay­can dilində də, ehtimal ki, yumşaqlıq əlaməti əsas götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti