Capreolus capreolus Linn., 1758
Cütdırnaqlılar dəstəsinin dolubuynuzlular (marallar) fəsiləsindən gövşəyən heyvan cinsi.
Yüngül və yaraşıqlı bədəninin uzunluğu 1,5 m, çəkisi 25-60 kq olur. Əsasən erkəklərdə ucu üçşaxəli buynuz olur. Buynuzları oktyabr-dekabr aylarında düşür və 3-4 həftədən sonra yenisi ilə əvəz olunur. Dişi fərdlərdə buynuz olmur. Dişisi 2, nadir hallarda 3 bala verir. Boğazlıq dövrü 6 aydır. Cinsin nümayəndələrinin rəngi yayda kürən, qışda boz olur. 4 yarımnövü məlumdur.
See also:
Biologiya terminlərinin izahlı lüğəti